"İnter"in futbolçusu "Atletiko"ya doğru

11:26 - 10 İyun 2025

"İnter" və Polşa millisinin üzvü Piotr Zielinski İspaniyaya yollanmağa hazırlaşır. 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, polşalı yarımmüdafiəçi “Atletiko”nun transfer siyahısındadır.

31 yaşlı futbolçu “İnter”dəki karyerasından razı qalmadığı üçün Madrid klubunun təklifinə razılıq verib. “Nerazzura” keçidə mane olmasa, Zielinski yeni mövsümə məhz İspaniya klubunda başlayacaq.

Polşa millisinin də üzvü olan Piotrun “İnter”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Udineze”, “Empoli”, “Napoli” klublarında oynadıqdan sonra 2024-cü ildə Milan təmsilçisi ilə anlaşmışdı. 
 

Xəbər xətti