"Neftçi" yay "transfer pəncərəsi"ndə ilk keçidini reallaşdırdı. "Ağ-qaralar" "Apollon"dan Sessi D`Almeydanı heyətinə qatdı. Benin millisinin üzvü Azərbaycan Premyer Liqasında ilk dəfə çıxış edəcək. Amma o, buna qədər Azərbaycan millisində və Premyer Liqasında oynamış futbolçularla komanda yoldaşı olub.
Renat Dadaşov
Millimizin hücumçusu "Vulverhempton"a məxsus olduğu vaxtlarda 2021/2022 mövsümü üçün "Tondela"ya icarəyə verilib. Qışdan sonra isə Sessi Portuqaliya klubuna qoşulub. Dadaşov bu klubda 30 matça çıxıb və 2 qol vurub. "Neftçi"nin yeni transferi isə daha az: 8 görüşün iştirakçısı olub.
Ervin Koffi
Sessinin nəyə qadir olduğunu ən yaxşı bilən isə Ervin Koffidir. Onlar 2 ildən sonra yenidən eyni komandada oynayacaqlar. Həm Sessi, həm də Ervin "Pau"da komandanın əsas heyət üzvü olublar.
David Qomis
"Səbail"in formasını geyinmiş David Qomis də "Neftçi"nin yeni transferini məhz "Pau"dan tanıyır. 2021/2022 mövsümündə Fransa klubunun əsas oyunçusuna çevrilmiş Qomis qısa müddət də olsa, D`Almeydanın bacarığını görüb.
Moyze Adilehu
Sessi “Neftçi”də birinci, Azərbaycan Premyer Liqasında isə ikinci beninlidir. "Neftçi"nin yeni transferi "Zirə"nin sabiq futbolçusu Moyze Adilehu ilə də tanışdır. Onlar birlikdə eyni ölkənin şərəfini qoruyub. Hətta hər ikisinə dəvət olacağı təqdirdə, millidə komanda yoldaşı olmağa davam edəcəklər.
Mirbağırağa
saytlarin hazirlanmasi