Aleksey Kaşukun İspaniya klubuna keçidi niyə alınmayıb? - "Qarabağ" onu buraxmayıb

11:14 - 9 İyul 2025

Ukrayna mətbuatı “Qarabağ”ın vingeri Aleksey Kaşukun mümkün gedişi ilə bağlı yayılan şayiələrdən yazıb.

Sportal.az “XSPORT.ua” portalına istinadən xəbər verir ki, Kaşuk qışda “Valyadolid”ə gedə bilərmiş. Ukraynalı jurnalist Mixail Spivakovski məsələ haqda bu cür danışıb:

"Qışda "Valyadolid"dən çox yaxşı təklif var idi, amma diqqət edin, icarə götürmək istəyirdilər. "Qarabağ"da düşünürdülər ki, niyə futbolçunu qışda buraxıb, yayda qaytarsınlar. Bəli, Kaşukun son mövsümü bəlkə də ideal deyildi - "8+7". Baxmayaraq ki, bəlkə də uğursuzluq da deyil. Sadəcə, onun həqiqətən də oyuna hazırlaşmaq vaxtı yox idi. Onun “Qarabağ”ı tərk etdiyini söyləmək üçün əsas yoxdur".

Xatırladaq ki, Kaşukun Ağdam klubu ilə 2026/27 mövsümünün sonuna qədər müqaviləsi var.
 

Xəbər xətti