Klublararası dünya çempionatında yarımfinal mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə "Fluminense" "Çelsi" ilə qarşılaşıb. İngiltərə təmsilçisi görüşdən 2:0 hesablı qələbə ilə ayrılaraq adını finala yazdırmağı bacarıb.
Qeyd edək ki, digər yarımfinal görüşü isə sabah baş tutacaq. PSJ "Real"ı sınağa çəkəcək. Matç Bakı vaxtilə saat 23:00-da start götürəcək.
8 iyul
Yarımfinal matçı
23:00 "Fluminense" - "Çelsi" 0:2
Qollar: J.Pedro,18, 56
saytlarin hazirlanmasi