"Liverpul"un futbolçusu "Barselona"ya keçidinə xüsusi maddə əlavə etdirmək istəyir

23:55 - 8 İyul 2025

Luis Dias "Barselona"ya keçidi ilə bağlı müqaviləyə xüsusi maddə əlavə etdirilməsini istəyir.

Sportal.az xəbər verir ki, "As" nəşrinin məlumatına görə, "Liverpul"un vingerinin agentləri müqaviləyə 31 avqusta qədər qeydiyyat aparılmadığı təqdirdə əhəmiyyətli məbləğdə maddi kompensasiya ödənməsi barədə bəndin daxil edilməsini tələb edirlər.

Qeyd olunur ki, Luis Dias qeydiyyatla bağlı problemlər yaranarsa klubdan ayrılmaq hüququnu tələb etmir – bu cür şərti daha əvvəl "Atletik" klubunun vingeri Niko Uilyams irəli sürmüşdü.

Bildirilib ki, transferin gerçəkləşməsi əsasən "Liverpul"un maliyyə tələblərindən asılı olacaq. Yayın əvvəlində təxmini transfer qiyməti təxminən 70 milyon avro idi, lakin Diogu Jotanın faciəvi ölümü bu vəziyyəti dəyişib və "Liverpul" Diası saxlamaqda daha maraqlı görünür.

Əlavə olaraq qeyd olunur ki, Luis Diasa daha əvvəl "Bavariya" da maraq göstərmişdi və futbolçunun Almaniya klubuna keçidə razılıq verdiyi bildirilmişdi.

Xəbər xətti