"Roma"nın 31 yaşlı futbolçusu ölkəsinə qayıdır

00:37 - 9 İyul 2025

Leandro Paredes "Boka Xuniors"a qayıdır.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romano xəbər verir ki, Argentina klubu "Roma" ilə 31 yaşlı yarımmüdafiəçinin transferi barədə razılığa gəlib və Paredeslə şəxsi müqavilə şərtlərini də artıq razılaşdırıb. Yaxın günlərdə futbolçu yeni komandası üçün tibbi müayinədən keçəcək.

Transferin ümumi məbləği bonuslarla birlikdə 3,5 milyon avroya çata bilər.

Argentinalı futbolçu ötən mövsüm A Seriyasında 22 oyunda iştirak edib və 3 qol vurub.

Xəbər xətti