İtaliyanın "Fiorentina" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Florensiya təmsilçisini Paolo Vanoli çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
53 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Paolo Vanolinin son iş yeri "Torino" olub. "Fiorentina" isə Stefano Pioli ilə yollarını ayırıb.
saytlarin hazirlanmasi
