"Qarabağ" "Sumqayıt"ı məğlub edir - YENİLƏNİR

20:06 - 21 Noyabr 2025

Bu gün Misli Premyer Liqasında 12-ci tura start veriləcək.

Sportal.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutacaq. 

"Karvan-Yevlax" Yevlaxda "Kəpəz"i qəbul edəcək. 

"Qarabağ" isə "Sumqayıt"ı sınağa çəkəcək. 

Misli Premyer Liqası.
XII tur

21 noyabr

14:00 "Karvan-Yevlax" - "Kəpəz" 1:2
Qollar: Araz Abdullayev 32- Luis Paçu 14, Rauf Hüseynli, 76 (pen)
Baş hakim: Rauf Cabarov
Yevlax şəhər stadionu

19:00 "Sumqayıt" - "Qarabağ" 1:2 (İkinci hissə)
Qollar:
Höccət Haqverdi, 30 - Leandro Andrade, 6, Toral Bayramov, 42
Baş hakim: Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Xəbər xətti