Türkiyə Super Kubokunda püşk atıldı - tarix və məkan bəlli oldu

18:33 - 21 Noyabr 2025

Türkiyə Super Kuboku oyunlarının püşkü atılıb.

Sportal.az xəbər verir ki, püşkün nəticəsinə əsasən hansı matçın hansı şəhərdə keçiriləcəyi müəyyənləşib.

"Qalatasaray"la "Trabzonspor" arasındakı ilk yarımfinal görüşü gələn il yanvarın 5-də Qaziantep şəhərində baş tutacaq. "Fənərbaxça" - "Samsunspor" matçı 6 yanvar tarixində Adanada keçiriləcək.

Final oyunu isə yanvarın 10-da İstanbul Atatürk Olimpiya Stadionunda olacaq. Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, Türkiyə Super Kuboku ilk dəfə 4 komandanın iştirakı ilə təşkil olunacaq.

Xəbər xətti