Kilian Mbappe "Real" tarixində Çempionlar Liqasında 10 və daha çox qol vuran 4-cü futbolçu olub.
Sportal.az xəbər verir ki, hücumçu hazırda ilk hissəsi oynanılan "Monako" ilə oyunun 5-ci dəqiqəsində komandasını önə çıxaran futbolçu 26-cı dəqiqədə də fərqlənməklə komandasını qələbəyə daha da yaxınlaşdırıb.
"Real"da Çempionlar Liqasının bir mövsümündə 10 qol və daha çox vurmuş yalnız dörd oyunçu var: Mbappe, Ronaldo (7 dəfə), Karim Benzema və Raul.
Qeyd edək ki, Mbappe karyerasında ilk dəfə bu turnirdə iki rəqəmli qol sayına çatıb.
saytlarin hazirlanmasi
