"Arsenal" Çempionlar Liqasının 7-ci turunda “İnter”i səfərdə 3:1 hesabı ilə məğlub edərək Avropanın ən yaxşı turnirində bütün zamanların klub rekordunu qırıb.
Sportal.az “Squawka”ya istinadən xəbər verir ki, “topçular" tarixlərində ilk dəfə ardıcıl yeddi Çempionlar Liqası oyununda qalib gəliblər.
"Arsenal"ın bu matçlarda ümumi qol hesabı 20:2-dir.
Avropanın ən yaxşı turnirində “İnter”lə qarşılaşmadan əvvəl “Arsenal” “Atletik” (Bilbao)(2:0), “Olimpiakos” (2:0), “Atletiko” (Madrid)(4:0), “Slaviya”(Praqa)(3:0), “Bavariya” (3:1) və “Brügge”(3:0) komandalarını məğlub etmişdi. “Arsenal” Çempionlar Liqasında 21 xalla turnir cədvəlinə başçılıq edir.
