MAA-nı məğlub edən "DH Volley" "Abşeron"u sınağa çəkəcək

12:42 - 21 Yanvar 2026

Voleybol üzrə qadınlar arasında keçirilən Yüksək Liqanın IX turunda "DH Volley" "Milli Aviasiya Akademiyası" ilə qarşılaşıb.

Sportal.az xəbər verir ki, matç "DH Volley"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb: 25:23, 25:17, 25:21.

Hazırda turnir cədvəlində "Turan" 24 xalla birinci, "DH Volley" isə 18 xalla ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komandanın növbəti matçı yanvarın 22-də baş tutacaq.

"Abşeron" - "DH Volley" görüşü saat 18:00-da AVF-nin idman zalında baş tutacaq.

Xəbər xətti