"Real"ın Erlinq Haaland planı

16:59 - 21 Yanvar 2026

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, norveçli forvard "kral klubu"nun hücum xətti üçün əsas namizədidir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Premyer Liqa nəhəngi 25 yaşlı forvardı 200 milyon avroya satmağa hazırdır. "Real" Vinisiusu satıb əldə olunacaq gəlirlə Haalandı transfer etməyi planlaşdırır.

Qeyd edək ki, Erlinq Haaland bu mövsüm "Mançester Siti"nin heyətində meydana çıxdığı 31 rəsmi matçda 26 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Ulduz futbolçunun klublaz müqaviləsi 2034-cü ilin yayına kimidir.

Xəbər xətti