"Mançester Yunayted" "Milan"ın yarımmüdafiəçisini icarəyə götürmək istəyir

21:46 - 21 Yanvar 2026

"Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çik İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" ingiltərəli futbolçunun xidmətində maraqlıdır. Bu barədə "TalkSPORT" məlumat yayıb.

"Qırmızı şeytanlar" Loftus-Çiki icarəyə götürmək istəyir. 29 yaşlı  oyunçu özü ölkəsinə qayıtmağa isti yanaşır.

Qeyd edək ki, "Milan" Ruben Loftus-Çiki 2023-cü ilin yayında "Çelsi"dən 19 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti