AFFA prezidentindən "Qarabağ"a təbrik

00:14 - 22 Yanvar 2026

AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Almaniyanın “Ayntraxt” klubu üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

Sportal.az xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda “Qarabağ” Futbol Klubu böyük əzmkarlıq nümayiş etdirərək Almaniyanın güclü təmsilçisi “Ayntraxt” üzərində inamlı qələbə qazandı.

Bu uğurlu nəticə münasibətilə komandamızı və bütün azarkeşlərimizi ürəkdən təbrik edir, növbəti oyunlarda yeni qələbələr arzulayırıq”.

Xəbər xətti