UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunun oyunlarından sonra statistik məlumatlar yenilənib.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Kevin Medina da ən yaxşılar arasında yer alıb.
Kolumbiyalı futbolçu 7 tur ərzində ən çox top qazanan oyunçular arasındadır. 52 dəfə top qazanan Medina bu göstəricidə 5-ci yerdədir.
Cədvələ "Atletik"in müdafiəçisi Aytor Parades (68) başçılıq edir. "Atalanta"dan Odilon Kossunu (56) 2-ci, "Kayrat"dan Yeqor Sorokin (54) 3-cü, "Slaviya"dan David Zima (53) isə 4-cüdür.
Qeyd edək ki, Kevin Medina bu mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
