Dünən qələbə qolunu vurdu, "Qarabağ"dan getmək istədiyini dedi - SON DƏQİQƏ

14:45 - 22 Yanvar 2026

Dünən "Qarabağ"a Çempionlar Liqasında üçüncü qələbənin sevinc hissini yaşadan Bəhlul Mustafazadə şok qərar verib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, "Ayntraxti"la matçda "köhlən atlar"a 3:2 hesablı qalibiyyət bəxş edən müdafiəçi klubdan ayrılmaq istəyindədir.

O, klub rəsmiləri və baş məşqçi Qurban Qurbanovla görüşərək, bu niyyəti barədə məlumat verib.

Ağdam təmsilçisində dördüncü mövsümünü keçirən arxa xətt oyunçusu fikrinin qəti olduğunu, yaxın günlərdə planını reallaşdırmağa hazırlaşdığını söyləyib.

"Qəbələ"nin yetirməsi bildirib ki, ona müxtəlif ölkələrdən təkliflər var və məqsədi legioner həyatı yaşamaqdır.

Millinin üzvü 2021-ci ildən "köhlən atlar"ın sıralarındadır. Onun "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.

Xəbər xətti