Almaniyanın "Şalke" klubu hücum xəttini yeni oyunçu ilə güclənddirib.
Sportal.az xəbər verir ki, II Bundesliqa təmsilçisi "Fiorentina"da Edin Cekonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Şalke" bosniya və herseqovinalı forvard üçün İtaliya klubuna təzminat ödəməyib. 39 yaşlı futbolçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Edin Ceko mövsümün əvvəlində "Fənərbaxça"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Fiorentina"ya keçmişdi. Təcrübəli hücumçu "bənövşəyilər"in heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi
