İtaliya millisinin hücumçusu Premyer Liqa klubuna keçir

22:58 - 22 Yanvar 2026

"Napoli"nin hücumçusu Lorentso Lukka karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Nottingem Forest" italiyalı futbolçunun icarəyə götürülməsi ilə bağlı razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Qırmızılar" icarə üçün Neapol klubuna 1 milyon avro ödəyəcək. "Nottingem Forest" 40 milyon avro ödəməklə 25 yaşlı forvardın transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, "Napoli" Lorentso Lukkanı 2025-ci ilin yayında "Udineze"dən transfer edib. İtaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti