Ançelotti Braziliya yığması ilə müqaviləni uzadacaq?

23:13 - 22 Yanvar 2026

Karlo Ançelotti 2030-cu il dünya çempionatına qədər Braziliya millisində qalacaq.

Sportal.az "Globo" nəşrinə istinadən xəbər verir ki, Braziliya Futbol Konfederasiyası (CBF) ilə italiyalı mütəxəssis DÇ-2030-a qədər müqavilənin uzadılması barədə şifahi razılığa gəliblər. Razılaşmanın fevralın ilk həftələrində rəsmiləşdirilməsi gözlənilir.

Hazırda Ançelotti ildə təxminən 10 milyon avro qazanır ki, bu da milli komandaların baş məşqçiləri arasında ən yüksək maaşdır. Bundan əlavə, DÇ-2026-nı qazanacağı təqdirdə 5 milyon avro bonus nəzərdə tutulub.

Yeni müqavilənin şərtləri oxşar olacaq, lakin müəyyən nailiyyətlərə görə bonuslar yenidən tənzimlənəcək.

Xəbər xətti