"Fənərbaxça"da ayrılıq yaşanıb.
Sportal.az xəbər verir ki, Sebastian Şimanski sosial şəbəkə hesabından komanda ilə vida paylaşımı edib. Fransa klubu "Renn"lə anlaşan 26 yaşlı futbolçu paylaşımında bunları qeyd edib:
"Əziz Fənərbaxça ailəsi, bu gün vidalaşmaq və karyeramın çox xüsusi bir mərhələsini bağlamaq vaxtıdır. Kluba, bu klubun bir parçası olmaq fürsətini mənə verdiyi üçün təşəkkür etmək istəyirəm. Bu formanı geyinmək mənim üçün böyük bir şərəf idi. Komanda yoldaşlarıma, məşqçilərimə və klubda çalışan hər kəsə təşəkkür edirəm. Və əlbəttə ki, qeyd-şərtsiz sevginiz üçün bu klubun ürəyi olan bütün azarkeşlərə minnətdarlığımı bildirirəm."
saytlarin hazirlanmasi
