"Tottenhem" braziliyalı futbolçunu transfer etdi - RƏSMİ

00:38 - 23 Yanvar 2026

"Tottenhem" Joan Viktor de Souzanı heyətinə qatıb.

Sportal.az xəbər verir ki, London klubu 19 yaşlı sol cinah müdafiəçisinin "Santos"dan transfer olunduğunu açıqlayıb. Tərəflər uzunmüddətli müqavilə imzalayıblar.

Daha əvvəl bildirilirdi ki, keçidin məbləği 13 milyon funt sterlinq təşkil edir.

Qeyd edək ki, 2025 mövsümündə futbolçu Braziliya çempionatında 24 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər xətti