Türkiyə klubundan ayrıldı, Fransada oynayacaq - FOTO

10:17 - 23 Yanvar 2026

"Fənərbaxça"dan ayrılan Sebastian Şimanski Fransada oynayacaq.

Sportal.az xəbər verir ki, polyak futbolçu "Renn"ə transfer olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransa klubu Şimanski üçün "Fənərbaxça"Ya 10,5 milyon avro ödəyib. 26 yaşlı futbolçu yeni klubu ilə 3,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Fənərbaxça” Sebastian Şimanskini 2023-cü ildə “Dinamo”dan (Moskva) 9,75 milyon avroya transfer etmişdi.

Xəbər xətti