"Qəbələ"nin legioneri: "Məqsədimizə çatmaq istəyiriksə, bu durumu dəyişdirməliyik"

13:18 - 23 Yanvar 2026

"Qəbələ"nin legioneri Xayme Sierro Sportal.az saytına açıqlama verib. İspan futbolçu komandasının hazırlıq prosesindən bəhs edib:

"Hazırlıq prosesi yaxşı keçdi. Yoxlama görüşləri də keçirdik. Yeni transferlərlə komanda şəklində oynamaq və bir-birimizi daha yaxşı tanımaq bizim üçün yaxşı oldu. Ümumilikdə yaxşı oyunlar alındı. Düşünürəm ki, turnir cədvəlində daha yüksək pillələrdə yer alacaq komandamız var. Buna gücümüz çatar. Amma meydanda sübut etməliyik və əminəm ki, göstərəcəyik. Yeni transferlərimiz də oldu. Ümid edirəm ki, onlar da məqsədimizə çatmaqda bizə kömək edəcəklər. Pozitiv düşünürəm".

Xayme komandasının turnir cədvəlindəki mövqeyindən narazı olduğunu və daha yaxşı nəticə üçün mübarizə aparacaqlarını söyləyib:

“Əlbəttə ki, ümumi nəticələr yaxşı deyildi və məqsədimizə çatmaq istəyiriksə, bu durumu dəyişdirməliyik. Düşünürəm ki, nəyin təkmilləşdirilməsinə ehtiyac olduğunu bilirik və bunun üzərində işləyirik. Hər şeyin daha yaxşı olacağına çox inanıram. Əvvəlki matçlarda buraxdığımız səhvlər üzərində işləyirik. Əminəm ki, gələcək üçün onlardan dərs çıxara bilərik. Toplanış zamanı da bunlar üzərində işlədik. Çalışırıq ki, hər şey daha yaxşı olsun”. 
 

Xəbər xətti