"Mançester Yunayted"in futbolçusunu bu klublar istəyir

13:47 - 23 Yanvar 2026

"Mançester Yunayted"dən ayrılacaq Kazemironun yeni mövsümə hansı komandada başlayacağı hələ ki dəqiqləşməyib.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, 33 yaşlı futbolçuya müxtəlif klublardan təkliflər var.

Onlar arasında “Korintians”, “Fənərbaxça”, “Əl-Əhli”, “Milan” klublarının adı çəkilir.

Braziliyalı futbolçunun “Mançester Yunayted”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Sao Paolo”, “Real”(Madrid), “Porto” klublarında oynayıb.

Xəbər xətti