Niderland millisinin yarımmüdafiəçisi Fransa klubunda - RƏSMİ

18:38 - 23 Yanvar 2026

Fransanın "Marsel" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Feyenoord"dan Kvinten Timberi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Marsel" niderlandlı futbolçu üçün onun klubuna 4,5 milyon avro təzminat ödəyib. 24 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Feyenoord" Kvinten Timberi 2022-ci ilin yayında "Utrext"dən transfer etmişdi. Niderland millisinin üzvü bu mövsüm Rotterdam təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti