"Barselona" Fermin Lopeslə yeni müqavilə imzalamaq istəyir.
Sportal.az "Diario Sport"a istinadən xəbər verir ki, bir sıra klubların yarımmüdafiəçiyə maraq göstərməsi səbəbindən kataloniyalılar hərəkətə keçib və onun nümayəndələri ilə görüş təşkil edib.
"Barselona" futbolçuya maaşın ciddi şəkildə artırılmasını və müqavilənin iki il uzadılmasını təklif edir. Hazırkı razılaşmanın müddəti 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, Fermin klubda qalmaq və komandanın əsas oyunçularından birinə çevrilmək niyyətindədir. Bu mövsüm o, La Liqada 14 oyunda iştirak edib və 4 qol vurub.
saytlarin hazirlanmasi
