"O, yaxşı oyunçu idi, amma böyük deyildi"

23:27 - 23 Yanvar 2026

Ceymi Karrager meydanda Alvaro Arbeloa ilə yaşadığı münaqişəni xatırlayıb.

Sportal.az xəbər verir ki, "Liverpul"un sabiq futbolçusu  "CBS Sports"un efirində maraqlı faktlara toxunub. Arbeloa Madrid klubunun yetirməsidir. O, 2007–2009-cu  illərdə "Liverpul"da çıxış edib, daha sonra "Real"a qayıdıb.

İspaniyalı və ingilis futbolçular 2009-cu ildə "Liverpul"un "Vest Bromviç"i 2:0 hesabı ilə məğlub etdiyi oyunda meydanda mübahisə ediblər. Onlar bir-birini sinədən itələyib, Xabi Alonso isə tərəfləri ayırıb. Hadisədən sonra Ceymi və Alvaro əl sıxıblar.

"Mövsümdə ən çox qapısını toxunulmaz saxlayan komanda olmaq üçün “sıfıra” oynamaq bizim üçün vacib idi. O, Arbeloa, yaxşı oyunçu idi, böyük yox, amma yaxşı. Sonra özünü böyük hesab etməyə başladı və mən də onu bir az yerinə oturtmalı oldum.

Alvaro həddindən artıq hücuma qoşulurdu, müdafiə olunmaq istəmirdi. Halbuki onun işi müdafiə etmək və oyunu qolsuz başa vurmaq idi.

Biz həmin oyunda “Vest Bromviç”i 2:0 hesabı ilə məğlub etdik və Pepe Reyna “qızıl əlcək” qazandı." - deyə Karrager bildirib.

Xəbər xətti