"Rəqibimiz son vaxtlar ən yaxşı formada olan komanda idi" - Valdas Dambrauskas

20:37 - 17 May 2026

Bu gün Misli Premyer Liqasında 32-ci tura yekun vurulub. Çempionluğu rəsmiləşdirmiş "Sabah" "Neftçi" ilə qarşılaşıb. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyun haqda fikirlərini bölüşüb:

"Hesab edirəm ki, kuboku da qazandıqdan sonra emosiyalarımızı tam qoymağımız bu matçda yaxşı oynamağımıza mane oldu. Lakin futbolçularım əllərindən gələni etdilər. Rəqibimiz son vaxtlar ən yaxşı formada olan komanda idi. Kifayət qədər oyun içərisində rəqiblə baş-başa mübarizə apardıq. Bu gün heç də bir-birindən çox fərqlənməyən 2 komanda izlədik. İndi də gedirik çempionluğumuzu qeyd etməyə. Hər kəsə təşəkkür edirəm".

Orxan Həsənquluyev

Xəbər xətti