"Barselona"ya keçməyim səhv qərar idi"

16:19 - 18 May 2026

Mövsümün sonunda "Atletiko"dan ayrılacağı açıqlanan Antuan Qrizmann Madrid klubunun azarkeşlərinə müraciət edib.

Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu 2019-cu ildə "Barselona"ya transferinin səhv addım olduğunu deyib:

"Barselona"ya getdiyim üçün "Atletiko" azarkeşlərindən bir daha üzr istəyirəm. Gənc idim, burada mənə bəslənən sevginin fərqinə varmamışdım. Bu, səhv qərar idi. Geri dünmək və hər şeydən zövq almaq üçün əlimdən gələni etdim".

Qeyd edək ki, "Barselona" 2023-cü ilin yayında Qrizmannı 120 milyon avroya transfer etmişdi. Fransalı futbolçu 2021-ci ildə yenidən "Atletiko"ya qayıdıb.

Xəbər xətti