"Fənərbaxça" braziliyalı üçün danışıq aparacaq

11:22 - 18 May 2026

“Fənərbaxça” “Flamenqo”nun üzvü futbolçusu Evertonla maraqlanır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi yayda onun tranferini reallaşdırmağa çalışacaq. 30 yaşlı futbolçunun “Flamenqo” ilə müqavilə müddəti 2026-cı il dekabrın 31-nə qədərdir.

Everton özü “Fənərbaxça”da oynamağa razılıq verib. Sadəcə türklər onun keçidi üçün Braziliya klubuna pul ödəməlidir.

Qeyd edək ki, Braziliya yığmasının da şərəfini qorumuş futbolçu “Fortaleza”, “Qremio” və “Benfika” klublarında oynayıb.
 

Xəbər xətti