Rusiyada çempionun adına aydınlıq gəldi - son 20 ildə 11-ci dəfə

21:43 - 17 May 2026

"Zenit" (Petersburq) son iyirmi ildə 11 dəfə Rusiya çempionu olub.

Sportal.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi ilk titulunu 2007-ci ildə qazanıb. Komanda daha sonra 2010, 2012, 2015, 2019, 2020, 2021, 2022, 2023 və 2024-cü illərdə də çempion olub.

Bu müddət ərzində Moskva klubları ümumilikdə cəmi 5 dəfə çempionluq əldə ediblər. ÇSKA 3 dəfə, "Lokomotiv"(Moskva) və"Spartak"(Moskva) isə hərəsi 1 dəfə çempion olub.

Xəbər xətti