Kapitan "Real"dan gedir - RƏSMİ

15:30 - 18 May 2026

"Real" mövsümün sonunda klubla müqaviləsi başa çatan Dani Karvahalla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi kapitanla yollarını ayıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Kral klubu" İspaniya millisinin sabiq üzvü ilə yeni sözləşmə imzalamayacaq. 34 yaşlı sağ cinah müdafiəçisi azad agent statusu ilə klubu tərk edəcək.

Qeyd edək ki, Dani Karvahal "Real"ın yetirməsidir. Təcrübəli futbolçu Madrid təmsilçisinin heyətində meydana çıxdığı 450 rəsmi matçda 14 qol və 65 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti