"Yuventus" Antonio Silva ilə maraqlanmağa davam edir.
Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, "Benfika" 2027-ci ildə başa çatacaq müqaviləni müdafiəçi ilə uzatmaq istəyir, lakin 22 yaşlı futbolçunu komandasını dəyişmək ehtimalı cəlb edir.
Lissabon klubu Silvaya illik təxminən 2 milyon avro maaş təklif edə bilər. Ancaq portuqaliyalı futbolçuya idman baxımından da təminatlar lazımdır və hazırda baş məşqçi ilə bağlı qeyri-müəyyənlik səbəbindən klub bunu ona verə bilmir.
Müdafiəçi bu mövsüm Portuqaliya çempionatında 25 oyun keçirib və 1 qol vurub.
saytlarin hazirlanmasi
