"Barselona"nın futbolçusu dünya çempionatından kənarda qala bilər

17:37 - 18 May 2026

"Barselona"nın futbolçusu Fermin Lopes sıradan çıxıb.

Sportal.az xəbər verir ki, ispaniyalı hücumameyilli yarımmüdafiəçi La Liqanın 37-ci turunun "Betis"lə matçında (3:1) zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Lopesin sağ ayağının beşinci daraq sümüyündə sınıq aşkarlanıb. 23 yaşlı oyunçu əməliyyat olunacaq. İspaniya millisinin üzvünün dünya çempionatında iştirak edib-etməyəcəyi sual altındadır.

Qeyd edək ki, Fermin Lopes "Barselona"nın yetirməsidir. O, cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 13 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti