"Beşiktaş" baş məşqçi Sergen Yalçınla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 53 yaşlı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli çalışdırıcı ilə klub arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Sergen Yalçın 2025-ci ilin avqustundan "Beşiktaş"ın baş məşqçisi vəzifəsində çalışırdı. "Ağ-qaralar" Super Liqada 2025/2026 mövsümünü 60 xalla 4-cü pillədə tamamlayıb.
saytlarin hazirlanmasi
