"Zirə"nin qapıçısı: "Gürcüstanda çətin olacaq"

13:55 - 9 İyul 2026

“Zirə”nin qapıçısı Aydın Bayramov Konfransı Liqasının birinci təsnifat mərhələsində "Torpedo"ya(Kutaisi) qarşı (3:0) keçirilmiş ilk matç barədə Sportal.az saytına danışıb.

O, komandasının evdəki qalibiyyəti ilə yanaşı, bir həftədən sonra Kutaisidə baş tutacaq cavab oyunundan gözləntilərini də bölüşüb:

"Vaxtımız az olsa da, oyuna yaxşı hazırlaşmışdıq. Avropa yarışlarına vəsiqə qazanmaq bizim üçün sürpriz oldu. İlk oyunda yaxşı formada idik. Amma asan olmadı. "Torpedo" avrokuboklara elə-belə düşməyib. Xoşbəxtlikdən, yaxşı oynadıq və cavab oyunundan əvvəl vacib qələbə qazandıq. Rəqibimiz daha yaxşı hazırlaşsa da, özümüzə inanırıq. Amma hələ heç nə bitməyib. Gürcüstanda çətin olacaq".
 

Xəbər xətti