Millimiz "Qalatasaray"ı məğlub etdi

18:28 - 28 Mart 2024

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını bu gün yekunlaşdıran qızlardan ibarət U-16 və U-18 yığmalarımız son yoldaşlıq görüşlərində də önəmli qələbələr qazanıblar.

Sportal.az xəbər verir ki, Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz keçirdikləri növbəti 8 yoxlama oyununun yalnız birində məğlub olublar. Yüksək liqa təmsilçisi "Qalatasaray" ın U16 komandası üzərində önəmli qələbə qazanan qızlarımız bu hazırlıq prosesində yeganə məğlubiyyətini digər yüksək liqa təmsilçisi "Emlak Konut" lu həmyaşıdlarından alıblar.

AZE-U16 - "Qalatasaray" U16 (65-54)
AZE-U18 - "Besaş" U18 (72-61)
AZE-U16 - "Besaş" U16 (82-56)
AZE-U18 - "Bursa Uludağ" U18 (84-70)
AZE-U16 - "Bursa Uludağ" U16 (69-57)
AZE-U18 - "İstanbul Allstar" U18 (75-74)
AZE-U16 - "Emlak Konut" U16 (54-66)
AZE-U14 - "Darruşafaka" U14 (78-48)

Qeyd edək ki, qızlarımız bu təlim-məşq toplanışında keçirilmiş yoxlama oyunlarında 14 qələbə qazanıb və cəmi bir dəfə məğlub olublar

Xəbər xətti