"Böyük Dəbilqə": 3 cüdoçumuz mübarizəyə başlayır

11:33 - 29 Mart 2024

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürür.

Sportal.az xəbər verir ki, turnirinin ilk günündə 2 çəki dərəcəsində 3 cüdoçumuz tatamiyə çıxacaq.

Kişilər arasında -60 kq. çəkidə Əhməd Yusifov, -66 kq. çəkidə Ruslan Paşayev və Rəşad Yelkiyev medallar uğrunda mübarizə aparacaq.

Xəbər xətti