FIFA "Qarabağ"ın futbolçusunun qolunu paylaşdı - VİDEO

12:15 - 29 Mart 2024

FİFA-nın rəsmi feysbuk səhifəsi “Qarabağ”ın futbolçusu Yassin Benzianın “FİFA series - Edition 2024”də Cənubi Afrika ilə oyunda vurduğu qolu paylaşıb. 

Sportal.az xəbər verir ki, epizod “Benzianın velosiped zərbəsi qolu” başlığı ilə paylaşılıb.

Qeyd edək ki, Yassin Benzia Əlcəzair millisinin Cənubi Afrika Respublikasını 3:2 hesabı ilə məğlub etdiyi oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti