İngiltərənin "Lids Yunayted" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqaya yüksələn kollektiv "Lill"dən Qabriel Gudmundssonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Lids Yunayted" isveçli sol cinah müdafiəçisi üçün Fransa klubuna 11 milyon avro təzminat ödəyəcək. 26 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Lill" Qabriel Gudmundssonu 2021-ci ilin yayında "Qroningem"dən transfer etmişdi. İsveç millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 45 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.
saytlarin hazirlanmasi