"Milan" "Bayer"in hücumçusunu transfer etmək istəyir

20:23 - 9 İyul 2025

"Bayer"in hücumçusu Viktor Bonifase karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Milan" nigeriyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Bayer" oyunçusunu satmağın əleyhinə deyil. Almaniya klubu 24 yaşlı forvard üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, "Bayer" Viktor Bonifaseni 2023-cü ilin yayında "Union Sen Jilluaz"dan transfer edib. Nigeriya millisinin üzvü ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti