Qanalı futbolçu keçmək istədiyi klubda

23:35 - 9 İyul 2025

Məhəmməd Kudus karyerasını “Tottenhem”də davam etdirəcək.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, “Tottenhem” “Vest Hem”in yarımmüdafiəçisinin transferi üçün 55 milyon funt sterlinqə razılıq əldə edib.

Qana millisinin futbolçusu “ağ-qaralar”la 6 illik müqavilə imzalayacaq. Bildirilir ki, Kudus yalnız bu kluba keçmək istəyirdi.

Futbolçunun tibbi müayinəsi cümə axşamı günü keçiriləcək.

Ötən mövsüm Məhəmməd Premyer Liqada 32 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər xətti