"Liverpul" "Barselona"ya 100 milyon avro ödəməyə hazırdır

21:12 - 21 Noyabr 2025

"Barselona"nın futbolçusu Rafinya İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" gələn yay braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

İngiltərə çempionu Rafinyanı Məhəmməd Salahın əvəzləyicisi kimi düşünür. "Qırmızılar" 28 yaşlı ön xətt oyunçusu üçün 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Xəbər xətti