Kipr klubunun futbolçusu "Qarabağ"ın təklifini qəbul etdi - azad agent kimi Ağdam klubuna gələcək

14:04 - 14 Mart 2026

"Qarabağ" Kipr klubu "Omoniya"nın vingeri Jali Muaddib Atdam ilə mövsümün sonu üçün razılığa gəlib.

Sportal.az xəbər verir ki, bu barədə məlumatı Kipr mətbuatı yayıb. 25 yaşlı sol cinah oyunçusu azad agent kimi Ağdam klubuna keçəcək. 

Qeyd edək ki, vaxtilə Fransanın U-19 millisinində də çıxış edən "Lill"in yetirməsi cari mövsümdə Kipr çempionatında keçirdiyi 22 matçda 2 qol və 3 asistlə yadda qalıb.

Xəbər xətti