"Arsenal"dan "Portu"ya 17 milyon avroluq transfer

16:38 - 6 May 2026

"Portu" "Arsenal"dan icarəyə götürdüyü Yakub Kivyorla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Portuqaliya təmsilçisi polşalı futbolçunun transfer hüquqlarına yiyələnəcək.

"Əjdahalar" Polşa millisinin üzvü üçün İngiltərə klubuna 17 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Portu" Yakub Kivyoru mövsümün əvvəlində icarəyə götürüb. 26 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində meydana çıxdığı 38 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti