“Qarabağ”ın sabiq futbolçusu Julio Romao “Ferentsvaroş”dan ayrılmağa hazırlaşır.
Sportal.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “Krasnodar”ın maraq dairəsindədir.
Rusiya klubunun baş məşqçisi Murad Musayevin Romaoya maraq göstərdiyi iddia olunur. “Krasnodar” onun keçidini yayda həll etmək istəyir. Braziliyalı “Santa Kruz”(Braziliya), “Santa Klara” və “Qarabağ”da oynadıqdan sonra 2025-ci il fevral ayında “Ferentsvaroş”a keçib.
Onun bu klubla müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Qeyd edək ki, “Krasnodar”ı “Sabah”ı keçmiş baş məşqçisi Murad Musayev çalışdırır.
