"Kəpəz"lə matçda üç xal qazandıq. Bu, yaxşıdır. Uzun fasilədən sonra qol vurmağı bacardığım üçün də çox xoşbəxtəm”.
Bu sözləri Sportal.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Ramon Maçado deyib.
O, Misli Premyer Liqasının 32-ci turunun “Kəpəz”lə(2:0) görüşü haqda danışarkən komandasının avrokuboklar zonasında yer ala bilməməsinə də münasibət bildirib:
"Avrokuboklar zonasında olmadığımız üçün məyusam. Həmçinin bilirəm ki, klub rəhbərliyi bu mövsüm heyəti gücləndirməyə böyük sərmayə qoyub. Konfrans Liqasına vəsiqə qazandığımız ötən mövsümlə müqayisədə bu mövsüm nəticəni təkrarlamaq üçün daha çox imkanımız var idi. Bu heyətlə ilk dördlükdə yer almalı idik. Amma olmadı. Bu mövsüm rəqabət də yüksək idi. Qarşıdakı turda “Zirə” ilə qarşılaşacağıq. Bizim öz hədəflərimiz var. Maksimumu meydanda qoyacağıq. Qalib gəlməyə çalışacağıq".
Braziliyalı forvard ona təklif olub-olmamasından da bəhs edib: “Bəzi danışıqlar var. Amma rəsmi olaraq heç nə yoxdur".
Mirbağırağa
saytlarin hazirlanmasi
