"Azərbaycanla oyunda sona qədər dözə bilmədik"

17:18 - 26 Mart 2024

Bolqarıstan milli komandası  "FIFA series-Edition 2024" çərçivəsində Azərbaycanla 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, bolqarların müdafiəçisi Aleks Petkov qarşılaşmadan sonra yerli mətbuata açıqlama verib. 24 yaşlı futbolçu sona qədər dözəl bilmədiklərini deyib:

"Qələbəni əldən verdik. Bizə son dəqiqələrdə qol vurdular, sona qədər dözə bilmədik. Qol vura bilmədiyimiz bir neçə yaxşı şans yaratdıq. Yorğunluğun o qədər də rol oynadığını düşünmürəm. Bizə sonda çox təzyiq etdilər. Bu oyundan dərs çıxarmalıyıq".

Xəbər xətti