Ramil Şeydayev "Bandırmaspor"a qarşı oynamayacaq?

16:37 - 17 Aprel 2024

"Kocaelispor"un azərbaycanlı hücumçusu Ramil Şeydayev Türkiyə I Liqasının 31-ci turunun "Ümraniyespor"la qarşıdakı oyununda daha diqqətli olmalıdır.

Sportal.az xəbər verir ki, millimizin forvardının "Giresunspor"la (2:0) görüşdə yeni komandasında aldığı üçüncü sarı vərəqə olub.

Bu barədə “Kocaeli Koz” portalı məlumat yayıb. Şeydayev “Ümraniyespor”la matçda sarı vərəqə ilə cəzalansa, aprelin 28-də İzmitdə “Bandırmaspor”a qarşı keçiriləcək matçda meydana çıxmayacaq.

Qeyd edək ki, “Ümraniyespor" - "Kocaelispor" matçı aprelin 22-də baş tutacaq. 

Xəbər xətti